“Sumqayıt” komandası “İranian Star” klubunu məğlub edib

1221

İkinci dövrə üçün hazırlığını davam etdirən “Sumqayıt” futbol klubunun əvəzediciləri yanvarın 31-də növbəti yoxlama oyunu keçiriblər.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da İran təmsilçisi “İranian Star”la qarşılaşıb.

Görüş komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın qollarını Qurban Hüseynov (2 top) və Fərid Kərimzadə vurublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər