SUMQAYIT MƏKTƏBLİLƏRİ QUBA RAYONUNDA EKSKURSİYADA OLUBLAR

976

2009-cu il iyul ayının 1-dən Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi altında şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi ilə birgə şəhərimizin orta ümumtəhsil məktəblərində təşkil olunan yay düşərgələri fəaliyyətə başlayıb.

Bu barədə sumqayitxeber.com saytına Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsindən məlumat veriblər.

İyul ayının 24-dək 46 məktəbdə fəaliyyət göstərəcək düşərgələrdə 50 nəfər şagird olmaqla ümumilikdə 2300 nəfər şagird öz vaxtlarını səmərəli və faydalı keçirir. 2003-cü ildən etibarən hər il təşkil olunan yay düşərgələrində ilk dəfə olaraq bu il Baş İdarə və şəhər Təhsil Şöbəsi hər məktəbdən 50 nəfər şagird, həmçinin məktəb direktoru, 3 nəfər müəllim və 1 nəfər tibb bacısı olmaqla hər gün iki məktəbin nümayəndələrinin Quba rayonuna ekskursiyasını təşkil edir.Ekskursiya proqramı çərçivəsində şagirdlər Quba rayonunda yerləşən Heydər Əliyev muzeyini, A.Bakıxanov adına rayon tarix-diyarşunaslıq muzeyini və 1918-ci ilin mart ayında ermənilər tərəfindən soyqırımına məruz qalmış soydaşlarımızın məzarlığını ziyarət edirlər. Sonra Amsar kəndinin ərazisində yerləşən “Qırmızı qərəfil” Ailəvi İstirahət Zonasında şagirdlərin naharı və mənalı istirahəti təşkil  edilir. Şagirdlərin istirahətinin səmərli keçməsi üçün müxtəlif əyləncəli oyunlar keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər