Sumqayıt məktəblisi “UNEC-də bir gün” layihəsində

1569

“UNEC-də bir gün” layihəsi uğurla davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) növbəti “birgünlük tələbə”si Sumqayıt şəhərindəki 19 nömrəli orta məktəbin sağirdi Şirin Şirəliyev olub.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, Ş.Şirəliyevə şərti tələbə bileti təqdim edildikdən sonra ona fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib.

Azərbaycan dilində təhsil almaq istədiyini bildirən “birgünlük tələbə” maliyyə ixtisasına maraq göstərdiyini deyib. Maliyyə təhlili fənnini dinlədikdən sonra Sumqayıt məktəblisi gününü UNEC-in zəngin kitabxanasında keçirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər