Sumqayıt müəllimləri vahid formada olacaq

754

“Xeberle.com” xəbər portalına daxil olan məlumata görə, 2013/2014-cü tədris ilindən etibarən  Sumqayıt məktəblərində çalışan qadın müəllimlərin vahid müəllim formasından istifadə edəcəyi  deyilir. Bununla bağlı artıq məktəblərdə ölçüyəalma prosesinin getdiyi də vurğulanır. Vahid müəllim forması 80 AZN-ə başa gələcək.   Forma qısa ətək və pencəkdən ibarətdir.

 

 

 

Məsələ ilə bağlı Sumqayıt şəhər təhsil şöbəsi ilə əlaqə saxladıq.  Təhsil şöbəsinin müdiri Mahal Əliyev  “Xeberle.com”-a bildirdi ki,  müəllimlərin vahid formaya keçməsi  ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Lakin şöbə müdiri bəzi məktəblərin bu təşəbbüslə çıxış etdiyini də istisna etmədi: “Ola bilər ki, hansısa məktəblər vahid müəllim formasına keçsinlər. Bu onların şəxsi təşəbbüsləri əsasında həyata keçirilir.”

M. Əliyev qeyd etdi ki, vahid müəllim formasına keçmək məcburi xarakter daşımır: “Məktəblər var ki, bütün müəllimlərə qədər hamı ümumi geyim tərzi formalaşdırıb və məktəbə bu qiyafədə gəlməyə qərar veriblər”.

Qeyd edək ki, şagirdlərin vahid forma geyinməsindən ilhamlanan bəzi məktəblərin müəllimləri vahid formaya keçirlər.

RAMİL YAQUBOĞLU, XEBERLE.COM

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər