Sumqayıt polisi işini layiqincə yerinə yetirir

762

“Sumqayıt polisi öz işini layiqincə yerinə yetirir”. Bunu SİA-ya Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov deyib. Onun sözlərinə görə, Sumqayıt şəhər polisi cinayət olaylarına çevik reaksiya göstərir və müvafiq tədbirlər görür: “İctimai qaydanın qorunması, təhlükəsizliyin təmini, baş verə biləcək cinayətlərin qarşısının alınması, açılması, axtarışda olan şəxslərin tutulub istintaq orqanlarına verilməsi, eləcə də digər işlərdə Sumqayıt polisi öz işini layiqincə yerinə yetirir”.

Ə.İsmayılov onu da sözlərinə əlavə etdi ki, şəhərdə təhlükəsizlik yüksək səviyyədə qorunur: “Sumqayıtda kriminal duruma polis ciddi nəzarət edir. Hər bir neqativ halların qarşısı vaxtında və yüksək səviyyədə alınır”.

Ceyhun Eyyubov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər