Sumqayıt polisində təmizələmə əməliyyatı

929

İki rəis işdən uzaqlaşdırılıb

Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) və Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisləri işində yol verdikləri nöqsanlara görə vəzifəsindən azad ediliblər. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt şəhər DYPİ-də həyata keçirilən yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilib. Bunun nəticəsində nazir Ramil Usubovun əmri ilə Sumqayıt şəhər DYPİ-nin rəisi, polis polkovnik-leytenantı Əhmədağa Məmmədov vəzifəsindən uzaqlaşdırılıb. Ə. Məmmədovun yerinə isə hələlik təyinat olmayıb.

Aparılan yoxlamaların nəticəsi olaraq Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Bəxtiyar Aslanov da tutduğu vəzifədən azad edilib.

Sumqayıt ŞPİ-dən APA-ya faktı təsdiqləsələr də, hər iki şəxsin öz ərizələri əsasında işdən çıxarıldığı və sərəncama götürüldüyü bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl DİN tərəfindən Sumqayıt şəhər Polis İdarəsində aparılan yoxlamaların nəticəsi olaraq idarənin rəisi Mehdi Hümbətov və onun əməliyyat işləri üzrə müavini Şirinəli Vəliyev R. Usubovun əmri ilə tutduqları vəzifədən uzaqlaşdırılıb.

M. Hümbətov sonradan Kürdəmir rayon Polis şöbəsinin rəisi təyin olunub. Sumqayıt şəhər Polis İdarəsinə isə Nərimanov rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Əkbər İsmayılov rəis təyin edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər