Sumqayıt polisindən əməliyyat: həbs olunanlar var

1994

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Şəhər ərazisində 1 evdən və 1 mağazadan pul, kombi aparatı, elektrik naqili və danışıq kartları oğurlanıb.

2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Raqif Abbasov saxlanılıb.

Sumqayıt şəhərində daha bir soyğunçuluq hadisəsi baş verib. 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də Sumqayıt şəhər sakini Ö.Həsənalıyevin 50 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Abbasov tutulub.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Teleqraf.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər