Sumqayıt polisindən nümunəvi addım - Əlacsız qocanın qayğısına qalır (VİDEO)

1552

Şəhər sakinləri Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanının yolun kənarında istidən əziyyət çəkən qocaya yaxınlaşdığını əks etdirən kadrlar göndərib.
Video müəllifi görüntünü özü çəkdiyini iddia edir. Kadrlarda xidməti avtomobilini saxlayan polis zabiti əvvəlcə yolun kənarında əlacsız vəziyyətdə qalan qocaya su verir. Sonra onun ac olub-olmadığını soruşur və ona yemək alacağını deyir. Bundan sonra isə onun övladları, yaxınları barədə məlumat alır.
Hadisə bu gün günorta saatlarında Corat qəsəbəsi, Sahil küçəsində yolun kənarında baş verib.
Xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər