Sumqayıt Regional Vəkil bürosunun müdiri: “Aztəminatlı ailələrə ödənişsiz xidmət göstəriləcək” – AÇIQLAMA

3261

Sumqayıtda Regional Vəkil bürosu yaradılıb.

“Əhaliyə yüksək keyfiyyətli hüquqi yardım göstərmək və aztəminatlı ailələrə hüquqi yardım göstərmək məqsədiylə regional vəkil büroları yaradılır. İlk olaraq belə bir regional büro isə yaxın zamanlarda Sumqayıt şəhərində fəaliyyətə başlayacaq”.

Bu sözləri Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı deyib. A. Qasımlı son illərdə Azərbaycanda vəkillik institutu sahəsində mütərəqqi islahatların aparıldığını bildirib: “Son zamanlar vəkillik peşəsinin inkişafı və nüfuzunun artırılması istiqamətində çoxşaxəli və genişmiqyaslı işlər görülür. 7 dekabr 2017-ci il tarixli Konfransda formalaşan yeni rəyasət heyəti qısa müddətdə xeyli uğurlara imza atıb. Artıq vəkillik peşəsinə maraq böyüyüb, gənclər bu peşəyə böyük həvəs göstərirlər. Vəkillik peşəsinin nüfuzu artıb. Üzvlərimizin sayı kifayət qədər artıb və bu proses davam etdirilməkdədir. Prezidentin 22 fevral 2018-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda da vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli müdafiəsi üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətə malik olması xüsusilə vurğulanıb. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və kollegiyanın digər strukturlarının, vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun Bakı şəhərində və regionlarda müvafiq bina ilə təmin edilməsi, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və maddi-texniki təminatı ilə bağlı məsələlərin həll edilməsi öz əksini tapıb”.

Vəkilin sözlərinə görə, artıqhüquq məsləhətxanaları anlayışı tarixə qovuşub. Bu məsləhətxanaları isə regional vəkil büroları əvəz edəcək: “Bu regional büroların yaranması da Azərbaycanda vəkiiliyin inkişafı üçün nəzərdə tutulmuş islahatlardan irəli gələn məsələdir. Məhz appelyasiya məhkəmələrinin yerləşdiyi şəhərlərdə regional qurumların yaradılması nəzərdə tutulub. İlk belə qurum isə Sumqayıt şəhərində yaranıb və qeydiyyatdan keçib. Tezliklə fəaliyyətə başlayacaq qurumda vəkillik və hüquqi xidmətlər göstəriləcək. Aztəminatlı ailələrə ödənişsiz xidmət göstəriləcək. İlkin mərhələdə 11 vəkillə xidmətə başlayacaq büroda gələcəkdə vəkillərin sayının artırılması da planlaşdırılır”.

Qeyd edək ki, yarım milyona yaxın əhalisi olan Sumqayıtda təxminən 40 vəkil əhaliyə hüquqi xidmət göstərir. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər