“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

381

“Sumqayıt” Rusiya klubu “Krılya Sovetov”la yoxlama görüşü keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Samara təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qış təlim-məşq toplanışının ilk mərhələsi üçün Türkiyəyə yollanan Rusiya Premyer Liqa klubu birinci matçını “Sumqayıt”a qarşı keçirəcək. Oyun yanvarın 17-də Antalyada baş tutacaq.

Qeyd edək ki, bu, “Sumqayıt”ın Antalya toplanışında ikinci sınaq görüşü olacaq. Samir Abasovun kollektivi əvvəlcə yanvarın 12-də Macarıstan təmsilçisi “Mezekeveşd”lə üz-üzə gələcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər