Sumqayıt ş. 33 və 34 saylı orta məktəb müəllimləri üçün gender əsaslı zorakılıqla bağlı təlimlər keçirildi

2059

qadinhuququPotensial Sumqayıt Mütəxəssislər Birliyi BMT Əhali Fondunun “Gender Əsaslı Zorakılıqla Mübarizə” Layihəsinin dəstəyi ilə “Sumqayıt şəhərində müəllimlər üçün GƏZM təlimlərinin təşkili” lаyihəsi çərçivəsində Sumqayıt müəllimləri üçün təlimləri davam etdirir. Qeyd edək ki, həyata keçirilən layihədə əsas diqqət orta məktəb müəllimlərinə ümumi gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik və gender əsaslı zorakılıq mövzularında təlimlər kеçməklə təlim iştirakşılarının bu barədə bilgilərini artırmaq, bu bilgilərin cəmiyyətdə geniş yayılmasına çalışmaq, beləliklə də, Azərbaycanda qadın hüquqlarına hörmətin təmin edilməsi və bütövlükdə qadınlara qarşı zоrakılıq və ayrı-sеçkilik hallarının aradan qaldırılması, gender bərabərliyi, qadınların dövlət idarəçiliyində, ölkənin ictimai-siyasi həyatında fəal iştirakını dəstəkləməklə cəmiyyətdə gender əsaslı zorakılığın aradan qaldırılmasına nail оlmağa yönəldilmişdir.

Layihə çərçivəsində növbəti təlimlər noyabrın 26-27-də Sumqayıt şəhərinin 33 və 34 saylı orta məktəblərində təşkil edildi. 33 saylı orta məktəbdə keçirilən təlimdə 19 nəfər iştirak edirdi. İştirakçıların hamısı qadın müəllimlər idi. 34 saylı orta məktəbdə keçirlən təlimdə 20 nəfər iştirak edirdi. Bunlardan 5 nəfər kişi, 15 nəfər qadın idi.tedbir

Təlimçilər təlimin məqsədi barədə qısa məlumat verdikdən sonra aşagıdakı mövzularda müzakirələr aparıldı:

Cins nədir və onları nə ilə fərqləndirmək olar?

Cins termininə dair şərh

Gender termininə dair şərh

Cəmiyyətdə kişini və qadını xarakterizə edən əlamətlər

Gender Əsaslı Zorakılıq

Gender Əsaslı Zorakılığın səbəbləri

Gender stereotip və ehtimallarının öyrənilməsi

Zorakılığın formaları haqqında ümumi məlumat

Gündəlik həyatımızda zorakılıq və onun formaları

Qadın və qərarların qəbul edilməsi

Gender əsaslı zorakılıq milli və beynəlxalq qanunvericilikdə.

İnteraktiv metodla keçirilən təlimdə bütün iştirakçılar müzakirələrdə fəal iştirak edərək təlim mövzusu ilə bağlı yeni bilgilər əldə etdilər. İştirakçılar mövzunun aktuallığını və bu istiqamətdə tədbirlərin davamlı olması vacibliyini xüsusi qeyd etdilər.

tedbir3Sonda sorğu anketi vasitəsi ilə təlimin işi qiymətləndirildi.

Təlim iştirakçılarına mövzu ilə bağlı sənədlər toplusu paylandı.

Feyruz Şivəxanov,  Potensial SMB, Layihənin koordinatoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər