SUMQAYIT ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSI: 2009-CU İLİN YEKUNLARI VƏ 2010-CU İLDƏ GÖRÜLƏCƏK İŞLƏR

872

DSC05346_858169706Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 11 yanvar 2010-cu ildə Təhsil Şöbəsinin konfrans zalında 2009-cu ildə görülmüş işlərin hesabatı və 2010-cu ilin birinci yarımilliyində keçirilməsi nəzərdə tutulan tədbirlərə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbiri giriş nitqilə açan Baş İdarənin rəisi Musa Həsənov yığıncaqda müzakirə ediləcək məsəslələrdən danışmışdır. Sonra Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadənin, Bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayevin şəhərdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində görülmüş işlər haqqında hesabatları dinlənilmişdir.AFFA-nın Şimal Regional Futbol Federasiyasının prezidenti, “Tərəqqi” medalçısı Yaşar Şamilov, Azərbaycanın Əməkdar Məşqçisi, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Firdovsi Ömərov, Azərbaycanın əməkdar məşqçisi, basketbol üzrə şəhərin baş məşqçisi İsa Qasımov və başqaları təmsil etdikləri idman növləri üzrə əldə edilmiş uğurlardan və problemlərdən danışmışlar. Onlar göstərilən diqqət və qayğıya görə şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyevə minnətdarlıqlarını bildirmişlər.Yığıncaqda Baş İdarənin 2010-cu ilin birinci yarımilliyi üçün Tədbirlər planı təsdiq edilmişdir. Sonda Baş İdarənin rəisi Musa Həsənov 2009-cu ildə şəhərdə fəaliyyət göstərən gənclər və idman qurumlarının fəaliyyəti barədə fikirlərini və tövsiyyələrini bildirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə digər sahələrdə olduğu kimi gənclərlə iş və idman sahələrində də, dövlət siyasətinin uğurla həyata keçirildiyini, şəhər rəhbərliyinin dəstəyi sayəsində göstərilən sahələrdə irəliləyişlərin müşahidə edildiyini qeyd etmişdir. Baş İdarənin rəisi əsaslı yenidənqurmadan sonra 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binalarının istifadəyə verilməyə hazır olmasını, Sumqayıt Olimpiya İdman Komplesinin tikintisinin davam etməsini dövlət rəhbərliyinin diqqət və qayğısının əyani təzahürü kimi vurğulamışdır. Baş İdarənin rəisi 2009-cu ildə Dünya və Avropa çempionatlarının, kubok yarışlarının qaliblərin və mükafatçılarını, onların məşqçilərini təbrik etmiş, gənclər və idman qurumlarının rəhbərlərinə 2010-cu ildə uğurlar arzulamışdır.Tədbirdə Baş İdarənin nəzdində klubların, tələbə-gənclər təşkilatlarının, idarə və müəssisələrdə fəaliyyət göstərən nümayəndəliklərin, qeyri-hökumət gənclər təşkilatlarının, idman məktəb, cəmiyyət və klublarının rəhbərləri, şəhərin, idman məktəb və cəmiyyətlərin bölmələrinin baş məşqçiləri iştirak etmişdir. Fizuli Cabbarov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər