SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI VAQIF ƏLIYEV “YUMOR KUBOKU” MÜSABIQƏSININ QALIBLƏRI ILƏ GÖRÜŞÜB

749

01 fevral 2010-cu il tarixində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev “2 Fevral – Gənclər Günü” münasibətilə “Yumor Kuboku” televiziya müsabiqəsinin qalibi olmuş “Sumqayıtlı Gənclər” Şən və Hazırcavablar Klubunun “Bravo” komandasının üzvləri ilə görüşüb. Görüşdə komandanın əsas heyəti-komandanın kapitanı Məcid Hüseynov, üzvləri-Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Samir Zeynalov, N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin 1-ci sinif şagirdi Valeh Məmmədov, 33 saylı orta məktəbin 8-ci sinif şagirdi Məryəm Quliyeva və 7 saylı orta məktəbin 11-ci sinif şagirdi Əminəxatun Qədəşova iştirak edib. Görüşdə artıq 14 ildir ki, respublikamızda qeyd olunan “Gənclər Günü”nün tarixindən danışan V.Əliyev ümummilli lider Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini və 1996-cı ilin fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin 1-ci Ümumrespublika Forumundan bir il sonra –1997-ci ildə “Gənclər günü”nün təsis edilməsi haqqında sərəncam imzalandığını qeyd edib. V.Əliyev bunun respublika gənclərinin təşkilatlanması və onların Azərbaycan dövlətçiliyinin inkişafında rollarının artırılması istiqamətində daha bir mühüm addım olduğunu vurğulayıb. Görüş zamanı şəhər rəhbəri eyni zamanda, “Bravo” komandasının üzvlərini “Yumor Kuboku” televiziya müsabiqəsinin qalibi olmaları münasibətilə təbrik edib. V.Əliyev Sumqayıtın “Gənclər şəhəri” olduğunu və buna görə də onların şəhərin ictimai həyatında fəal iştirakının vacibliyini qeyd edib. Görüşdə çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov 2010-cu il ərzində gənclər siyasəti sahəsində görülmüş işlər barədə geniş məlumat verib. Daha sonra çıxış edən şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov son illər şəhərdə fəaliyyət göstərən təhsil müəssisələrində aparılan təmir və yenidənqurma işlərinin, bu müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsinin təhsilə və şagirdlərin məktəbdənkənar fəaliyyətlərinə müsbət təsir göstərdiyini vurğulayıb. Sonda “Sumqayıtlı Gənclər” Şən və Hazırcavablar Klubunun sədri, “Bravo” komandasının kapitanı M. Hüseynov çıxış edərək, Sumqayıtda gənclərə hər zaman göstərilən diqqət və qayğıya görə və eyni zamanda onlara müsabiqə ərzində göstərilən dəstəyə görə şəhər rəhbərinə öz minnətdarlıqlarını bildirib. Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Planet Parni iz Baku Studiya” MMC tərəfindən təşkil edilən “Yumor Kuboku” televiziya müsabiqənin 2010/2011-ci il mövsümünün birinci – seçim mərhələsinə müraciət etmiş 70 komandadan növbəti – final mərhələsinə 16-sı vəsiqə qazanmışdır. Final mərhələsində “Bravo”, “Dəniz Sumqayıt” və “X-6” komandaları Sumqayıt şəhərini təmsil etmişdir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində “Sumqayıtlı Gənclər” Şən və Hazırcavablar Klubunun “Bravo” komandası 4 ay müddətində davam etmiş müsabiqə dövründə yumor və satira janrında 18 süjet hazırlamışdır. “Bravo” komandasının videosüjetləri fərqlənərək tamaşaçıların SMS-səsverməsi nəticəsində final günündə Qax rayonunun “Qax” komandasına həlledici üstünlüklə (66,42%) qalib gəlmişdir. “Bravo” komandası “Yumor Kuboku” televiziya müsabiqəsinin qalibi kimi yumor kuboku və 10 min manat məbləğində pul mükafatına sahib olmuşdur. Bundan başqa komandanın kapitanı M. Hüseynov “ən yaxşı kapitan” nominasiyasında Diplomla təltif edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Lale
    Fevral 3, 2011 - 14:15

    SHERIMIZIN FEXRIDIRLER INSALLAH BUNDANDA UCA ZIRVELERE QALXARSARSINIZ. EYVAZ MULELIM BIZLERI XEBERDAR ETDIYINIZ UCUN SISDE TESHEKKUR EDIREM

  • Azad
    Fevral 4, 2011 - 00:49

    bir gun qalmiw bu yariwmaya sumqayitn butun mekteb ve bagcalarindan 10 manatliq cin kontur alindi ….budu sizin qalibiniz?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər