SUMQAYIT SAKİNİ ATASININ QATİLİNİ 25 İL SONRA ÖLDÜRDÜ

719

6nOc5pgBSumqayıtda qəbiristanlıqda keçirilən 40 mərasimində silahlı insident baş verib. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə dünən saat 16.00 radələrində, Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Bacısının 40 mərasiminə qatılan Bakı şəhər sakini, 60 yaşlı Rafiq Məmmədov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu gəlib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin Tağıyev qəsəbə sakini, 26 yaşlı Yusif Həşimov tərəfindən törədildiyi müəyyənləşib. Polis tərəfindən saxlanılan Y. Həşimov qətli qisas məqsədi ilə törətdiyini bildirib.
Araşdırmalar nəticəsində məlum olub ki, Y. Həşimovun atası Əlibala Həşimov övladının 1 yaşı olarkən R. Məmmədov tərəfindən öldürülüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər