Sumqayıt sakini Mingəçevirdə narkotiklə tutuldu – FOTO/VİDEO

1301

Sumqayıt sakini Mingəçevirdə narkotiklə tutulub.

Oxu.Az-ın məlumatına görə, Şəmşir Əmiraslanov şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanlıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitələrlə yanaşı, bıçaq da aşkarlanaraq götürülüb.

Dindirmə zamanı saxlanılan şəxs Sumqayıtdan Mingəçevirə gəlməkdə müəyyən planları olduğunu gizlətməyib. Havanın qaralmasını gözləyən şəxsin növbəti cinayət əməlini polis əməkdaşları vaxtında müəyyən edərək qarşısını alıb.

Əvvəllər də məhkumluq həyatı yaşayan Şəmşir Əmiraslanov narkotik vasitələrin istifadəçisi olduğunu etiraf edərək, əməlindən peşman olduğunu dilə gətirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər