Sumqayıt sakini tanışının qanını tökdü – Təfərrüat

2223

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Xansuvar Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 26-na təyin olunub.

İttihama görə, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firodvsi Gülmalıyev tanışı Xansuvar Abbasovla şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Xansuvar Abbasov Firdovsi Gülmalıyevi bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Firdovsi Gülmalıyev əməliyyat olunub. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Xansuvar Abbasov həbs edilib.

Məlum olub ki, hadisə söyüş üstündə yaranan mübahisə zəminində törədilib.

İstintaq orqanı tərəfindən Xansuvar Abbasovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər