Sumqayıt sakinini maşın vurub, vəziyyəti ağırdır

1294

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 23, mənzil 51-də yaşayan 1957-ci təvəllüdlü İbad Hüseyn oğlu Hüseynov qəsəbədə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobil onu vurub.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər