Sumqayıt sakinlərinə ödənişsiz hüquqi yardım göstəriləcək – YALNIZ BİR GÜN

1320
Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən şəhər sakinlərinə və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ödənişsiz hüquqi yardım göstəriləcək.
 
Bu barədə Sumqayıt Regional Vəkil Bürosunun sədri Anar Qasımlı bildirib.
Onun sözlərinə görə, ödənişsiz hüquqi yardım 28 May – Respublika Günü münasibətilə göstəriləcək:
“Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.
Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq, Azərbaycan vəkilliyinin 100 illiyi və 28 May Respublika günü münasibətilə 28 may 2019-cu il tarixdə Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən şəhər sakinlərinə və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ödənişsiz hüquqi yardım göstəriləcək”.
Ödənişsiz hüquqi yardımdan bəhrələnmək üçün öncədən qeydiyyata alınmanız və sizin üçün təyin olunmuş vaxtda şəxsiyyətinizi təsdiq edən sənədlə ofisimizə gəlməyiniz xahiş olunur.
Qeydiyyat üçün (018) 656 22 11 nömrəsinə zəng etməyiniz xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər