Sumqayıt sakinlərinə şad xəbər: daha 30 bina istiliklə təchiz ediləcək

1257
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, Sumqayıt şəhərinin istilik təchizatı ilə bağlı kompleks araşdırmalar aparılıb: “”Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində regionlarla yanaşı, Sumqayıt şəhərinin istiliklə təchiz edilməsiylə bağlı proqram hazırlanıb. Mərhələli şəkildə həyata keçirilən bu proqram çərçivəsində şəhərin 18-ci mikrorayonunda 30 binanı istiliklə təmin edəcək yeni qazanxana tikilib və bu payız-qış mövsümündə qazanxananın qazlaşdırılıb istifadəyə verilməsi nəzərdə tutulub”.
Xatırladaq ki, Sumqayıt şəhərində 4 mikrorayon, 6 məhəllə və Hacı Zeynalabdin qəsəbəsi də daxil olmaqla, hazırda 24 müasir istilik qazanxanası fəaliyyət göstərir.
215 yaşayış binası, 30 orta məktəb, 14 uşaq bağçası, 14 səhiyyə ocağı istiliklə tam təmin edilir. 24 müəssisə və şirkətin inzibati binasında da istilik sistemi mövcuddur. 215 binada 1005 abonent var.
xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər