Sumqayıt şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib – FOTOLAR

2380

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində  şəhər Ağsaqqallar Şurasının VIII Hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər Ağsaqqallar Şurasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümovun sədrlik etdiyi konfransın gündəliyi təsdiq edildikdən sonra hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsində  Ağsaqqallar Şurasının ötən dövr ərzində gördüyü işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, son illərdə Sumqayıt şəhərində bütün sаhələrdə görülmüş işlər, qazanılmış naliyyətlər şəhərdə аğsаqqаllаrın, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub. Ağsаqqаllаr, аhıl vətəndаşlаr hər cür dövlət qаyğısı ilə əhаtə оlunublar.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, quruma işində uğurlar arzulayıb.  Ağsaqqallar Şurası üzvlərinin şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiyini  vurğulayan şəhər rəhbəri bildirib ki,  Şura üzvləri şəhərdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, eyni zamanda milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də mühüm işlər görür.

Məruzə ətrafında çıxışlarda Sumqayıt şəhərində həyata keçirilən tikinti-quruculuq işlərinə, əldə olunan naliyyətlərə, həmçinin ağsaqqallara göstərilən qayğıya görə ağsaqqallar adından ölkə prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər