“Sumqayıt Şəhər” “İnter”i büdrədə bilmədi

695

Futbol üzrə Unibank Premyer Liqasında IV turdan təxirə salınmış “Sumqayıt Şəhər” – “İnter” matçı keçirilib. 

Lent.az-ın məlumatına görə, ötən həftəsonu “Qarabağ”la heç-heçə edərək ilk xalını qazanan Sumqayıt təmsilçisi bu dəfə məğlubiyyətlə üzləşib – 0:2. Hər iki qol ikinci hissədə vurulub. 71-ci dəqiqədə Arif Daşdəmirov hesabı açıb. Hakimin əsas vaxta əlavə etdiyi ikinci dəqiqədə isə Samir Zərgərov yekun nəticəni müəyyənləşdirib. Bu qələbə sayəsində “İnter” xallarını 9-a çatdırıb. 5 oyundan sonra baş məşqçi Kaxaber Tsxadadzenin komandası eyni xala malik “Kəpəz”lə 3-4-cü yerləri bölüşdürür. “Sumqayıt Şəhər” isə 1 xalla sonuncu – 12-ci pillədə qalıb.LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Cek Li Taran
    Sentyabr 15, 2011 - 14:35

    Belə getsə komandanın adının dəyişdirilməsi gündəmə gələ bilər. “Sumqayıt Şəhər” adının “Sumqayıt Kədər” adı ilə əvəz olunması daha məntiqli olardı…

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər