Sumqayıt şəhər məhkəməsinin hakiminə töhmət verildi

872

04022010Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin, Baş prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, bütün Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin iştirakı ilə geniş iclası keçirilmişdir. Iclasda bir sıra hakimlər tərəfindən ciddi nöqsan və qanun pozuntularına yol verilməsinin davam etməsi bildirilmişdir. Aparılmış müzakirələrin nəticələri üzrə bu sahədə ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiklərinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Rəsmiyyə Qəhrəmanovanın, Yasamal rayon məhkəməsinin hakimi Südabə Məmmədovanın, Sabunçu rayon məhkəməsinin hakimi Yusif Kərimovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam , Sumqayıt şəhər məhkəməsinin hakimi Şövkət Nəcəfovaya isə töhmət verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

imran üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər