Sumqayıt Şəhər Uşaq Xəstəxanası tender elan edir

932

225Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Uşaq Xəstəxanası 2010-cu ii üçün tələb olunan dərman preparatlan və sarğı materiallarının satınahnması üzrə AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə aparılır.
Lot-1. Dərman preparatları və sarğı ləvazimatları.
Lot-2. Narkotik və psixotrop dərmanlar.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt şəhəri, 10-cu məhəllə, Tibb şəhərciyi (Uşaq xəstəxanası) ünvanından ala bilərlər.
İştirak haqqı:
Lot-1. 100manat
Lot-2. 20 manat
Təşkilat: Sumqayıt şəhər Uşaq Xəstəxanası, Sumqayıt şəhər yerli xəzinədarlığı
Hesab: 32010002020001
VÖEN: 2900380561
Bank: “Texnikabank” ASC Sumqayıt filialı
Kodu: 508795
Müxbir hesabı: 0137010031944
S.W.I.F.T. BIK TECIAZ 22
VÖEN bank: 9900000681
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənedi;
-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən
ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vəxtı keçmiş öhdəliklərin olmaması haqqmda müvafiq vergi orqanından arayış;
-son biril ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son biril ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır);
Iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 01 fevral 2010-cu iI saat 17:00-dək, iş qrafiki tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 09 fevral 2010-cu il saat 17:00-dək Sumqayıt Şəhər Uşaq Xəstəxanasına (ünvan: 10-cu məhəllə, Tibb şəhərciyi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 10 fevral 2010-cu il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Kəmalə Məhərrəmova
Telefon: 645-38-03
Ünvan: Sumqayıt şəhəri, 10-cu məhəllə, Tibb şəhərciyi, Uşaq xəstəxanası
Tender Komissiyası.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər