Sumqayıt şəhəri bölgələr arasında ən yüksək nəticə göstərib

758

DSC_0893Şəhərimizin 101 nəfər abituriyenti ötən il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Bu rəqəm respublikanın şimal rayonlarına daxil olan 8 rayon üzrə məzunların ümumi sayından 2,4 dəfə çoxdur”. Bu barədə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov şəhər İcra hakimiyyətində keçirilən yığıncaqda bildirib.

Şöbə müdirinin sözlərinə görə, bütün fənlərin nəticələrinə görə Sumqayıt seçilən 10 rayon arasında yuxarı sıralarda qərarlaşıb, ana dili və ingilis dili fənləri üzrə isə birinci yeri tutub. İmtahan fənləri üzrə bütövlükdə Azərbaycan bölməsində Sumqayıt şəhəri bölgələr arasında ən yüksək nəticə göstərib.

Eyni zamanda 2009-cu ildə 11-ci siniflərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən aparılan buraxılış imtahanları zamanı şəhər məzunlarının 96 faizi müvəffəq qiymət almışdır ki, bu da respublikada ən yüksək nəticə olmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər