Sumqayıt şəhərində aztəminatlı ailələrə ərzaq yardımı edilib

2497

Son zamanlar bəşəriyyəti ciddi narahat edən yeni növ koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, təxirəsalınmaz tədbirlər həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiq edir.
Sumqayıt şəhərində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım paylanılıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 5 mindən çox ərzaq bağlamaları paylanılması nəzərdə tutulub. Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər