Sumqayıt şəhərində əmək yarmarkası keçirilib-FOTOLAR

1782

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində əmək yarmarkası keçirilib.

Sumqayıt Dövlət Universitetində keçirilən əmək yarmarkasında 10-u dövlət, 20-si qeyri-dövlət sektoruna aid olan, ümumilikdə, 30 müəssisə üzrə 270 boş (vakant) iş yeri işsiz və iş axtaran vətəndaşlara təklif edilib. Təklif edilən iş yerlərindən 77-si dövlət müəssisələrindən, 193-ü isə qeyri-dövlət müəssisələrindən olub.

Əmək yarmarkasında müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin də qeydiyyatı aparılıb.

Bildirilib ki, 2018-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən 4208 nəfər işaxtaran kimi qeydiyyata alınıb, şəhər icra hakimiyyətinin yaxından köməyi ilə 2294 nəfər işlə təmin olunub, 70 nəfər isə peşə kurslarına cəlb edilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər