Sumqayıt şəhərində həyata keçirilən dövlət investisiya layihələri müzakirə olundu

831

Sumqayit217 Fevral 2010-cu ildə Milli Büdcə Qrupu (MBQ) Noveç səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “Dövlət investisiya büdcəsində ictimai iştirakçılığın artırılmasının vəkilliyi” layihəsi çərçivəsində Sumqayıt şəhərində ictimai dinləmə keçirib. İctimai dinləmədə Sumqayıt şəhərindən seçilmiş millət vəkili İkram İsrafilov, MBQ-nin ekspertləri, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, yerli QHT və KİV nümayəndələri iştirak ediblər. Tədbiri ATƏT-in Sumqayıtdakı “Qanunun aliliyi” Resurs Mərkəzi təşkil edib.

Tədbirdə MBQ İdarə Heyətinin üzvü Zöhrab İsmayıl giriş sözü ilə çıxış edərək Sumqayıt şəhərində dövlət investisiyalarının əhəmiyyəti və həyatın bütün sahələrinə təsirləri barədə məlumat verdi. Sonra millət vəkili İkram İsrafilov çıxış edərək hal hazırda Sumqayıtda həyata keçirilən layihələrlə bağlı öz  fikirləri ilə bölüşdü.

MBQ eksperti Fuad Cəfərli Sumqayıt şəhərində son 3 il ərzində həyata keçirilən layihələrlə bağlı təqdimatla çıxış edib. Təqdimat zamanı qeyd olundu ki, 2007-2009cu illərdə Sumqayıt şəhəri üzrə 26 dövlət investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə büdcədən üst-üstə 59597 min manat ayrılıb. İllər üzrə götürdükdə isə şəhərə 2007-ci ildə 16544 min manat, 2008-ci ildə 32840 min manat, 2009-cu ildə 10202.2 min manat olub.

Daha sonra yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri, QHT və KİV təmsilçiləri ilə geniş müzakirələr başlandı. Onlar hazırda rayonda mövcud problemlərlə bağlı məlumat və təkliflər irəli sürdülər. Məlum oldu ki, Sumqayıtda elektrik təchizatı, işsizlik, mikrorayonlarda yolların təmiri əsas problem olaraq qalmaqdadır.

İcra hakimiyyətinin nümayəndəsi Fərman Kazımov qeyd etdi ki, şəhərdəki bir sıra problemlər məhz sakinlərin təklif və narahatçılıqlarına əsasən həll olunmaqdadır. Şəhər Bələdiyyəsinin əməkdaşı Elvin Hənifəyev  bildirdi ki, hazırda şəhərdə məhəllə komitələri bələdiyyə ilə əlaqələndirməklə bir çox layihələr həyata keçirirlər ki, bu ictimai iştirakçılığın bir forması sayıla bilər.

İctimai dinləmənin sonunda çıxış edən Zöhrab İsmayıl bələdiyyələri və icra nümayəndələrini, QHT və KİV təmsilçilərini yerli təşəbbüsləri artırmağa və şəhər üçün gərək olan dövlət investisiya layihələrinin prioritetləşdirilməsinə təsir göstərməyə çağırdı. O bildirdi ki, əslində yaxşı olar ki belə ictimai dinləmələrin təşəbbüskarı şəhər icra hakimiyyəti olsun. Və bu dinləmələrdə şəhərdəki problemlər öyrənilsin, prioritetləşmə aparılsın və bunun nəticəsində də təkliflər hökumətə təqdim edilsin.

Onun fikrincə digər bir vacib məqam isə şəhərdə həyata keçirilən dövlət investisiya layihələrinə ictimai nəzarətin təşkilidir. Bu təşəbbüsdə QHT-lər, Bələdiyyə və məhəllə komitələri və KİV-lər iştirak etməlidir ki, layihələrin şəffaflığını və səmərəliliyini təmin etmək mümkün olsun.

sumqayit1

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər