Sumqayıt şəhərində mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olundu

373

Sumqayıt şəhərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşlarının, şəhər ərazisində fəaliyyət göstərən aidiyyəti xidmət sahələrinin və müəssisələrin nümayəndələrinin iştirak etdiyi müşavirədə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxış edərək şəhər ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

Çıxış edən digər natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin, Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş kompleks yoxlamaların nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər