Sumqayıt şəhərində qətl hadisəsi törədilib

965
Salman Məmmədov Gennadi Şirinova 3 bıçaq zərbəsi endirib

 

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhərin 9-cu mikrorayondakı  21a\3  nömrəli evin qarşısında baş vermiş münaqişə zəminində Salman Məmmədov Gennadi Şirinovu 3 bıçaq zərbəsi ilə qətlə yetirib.

Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə iyunun 28-də baş verib. Bir-birilərini tanıyan dostlar yeyib-içdikdən sonra aralarında yaranmış mübahisəni bıçaqla həll ediblər. Şirinov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər