Sumqayıt şəhərində şadlıq evindən külli miqdarda pul oğurlanıb

608

 Sumqayıt şəhərində şadlıq evindən külli miqdarda pul oğurlanıb. Bu barədə  Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhərində fəaliyyət göstərən “Ramiz” şadlıq sarayına pəncərədən daxil olan naməlum şəxslər oradakı seyfi oğurlayıblar. Seyfdə olan pulun məbləği barədə dəqiq məlumat verilmir. Şadlıq evinin sahibi polisə verdiyi ifadəsində seyfdə külli miqdarda pulun olduğunu bildirib.

Hazırda polis oğurluğu törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

apa

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər