Sumqayıt şəhərinin ekoloji vəziyyəti müzakirə olundu – FOTOLAR

661

Azərikimya” İstehsalat Birliyində Sumqayıt şəhərinin ekoliji vəziyyəti ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Birlikdən “sumqayitxeber.com”-a verilən məlumata görə öncə slaydlar vasitəsilə hələ ötən əsrin 40-cı illərindən inşa olunmağa başlanan Sumqayıt kimya müəssisələrinin tarixinə nəzər salınıb və bu müəssələrin son dövrlərə qədərki fəaliyyət istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat verilib.

“Azərikimya” İB-dəki mövcud vəziyyətdən danışan Birliyin İcraçı direktorunun Əməyin mühafizəsi  və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov qeyd edib ki, ARDNŞ-nin struktruna daxil edildikdən sonra aparılan müşahidələr göstərdi ki, Səthi aktiv maddələr və “Üzvi-Sintez” zavodlarının bir çox zərərli istehsalatları, o cümlədən civə üsulu ilə kaustik soda istehsalı yalnız həmin müəssisələr üçün deyil, bütövlükdə Sumqayıt şəhəri üçün ciddi problemlər yaradır. Ona görə də Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Səthi Aktiv Maddələr və “Üzvi-Sintez” zavodlarının fəaliyyəti dayandırılaraq, zərərli istehsalat və sexlər demontaj olundu. Tullantılardan təmizlənən ərazilərdə geniş-miqyaslı rekultivasiya işləri aparıldı. Eyni zamanda keçən əsrin 90-cı illərindən istehsalat ərazilərində yığılıb qalmış xlorparafinlər, plastifikatorlar, latekslər, poliqliserin məhsulları, civə şlamı xüsusi nəqliyyat vasitələri ilə daşınaraq, «Təhlükəli Tullantılar» MMC-nin poliqonunda zərərsizləşdirilib. Həmin ərazilərdə mütərəqqi texnologiyalar əsasında müasir istehsalat sahələrinin inşası işlərinə başlanılıb.

Hazırda Birliyin idarə və müəssisələrində atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasının minimuma endirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər planı və səmərəli ekoloji layihələr hazırlanaraq həyata keçirilir. Bir neçə onilliklərlə müqayisədə ətraf mühitin çirklənmə dərəcəsi xeyli azalıb, Sumqayıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunub.

Bu gün “Azərikimya” İB yalnız sənaye zonasında deyil, Sumqayıtın mikrorayon və məhəllələrində də yaşıllıq-abadlıq işləri aparmaqla ətraf mühitin sağlamlaşdırılmasına öz töhfələrini verir.  Son üç il ərzində “Azərikimya” İB-nin ərazilərində 100 mindən artıq ağac və bəzək bitkiləri  əkilib, müəssisələrin daxili ərazilərində toxumların əkilməsi vasitəsilə minlərlə ting yetişdirilib ki, artıq keçirilən iməciliklər zamanı yeni yaşıllıq sahələrinin salınması bu tinglərlə təmin edilir. Çalışırıq ki, yaxın gələcəkdə Sumqayıtın böyük sənaye mərkəzi olmaqla, həm ölkəmizin, həm də bölgənin ən gözəl və ekoloji cəhətdən ən təmiz şəhərlərindən birinə çevrilməsində bizim də yetərincə payımız olsun.

Görüşdə mətbat nümayəndələrinin çoxsaylı sualları “Azərikimya” İB-nin Baş mühəndisi, İcraçı direktorun birinci müavini, texnika elmləri namizədi Firudin Mustafayev və Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini, texnika elmləri namizədi Vüqar Kərimov tərəfindən ətraflı cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər