Sumqayıt şəhərinin qurucularının bir qrupu ilə görüş keçirilib

843

Sumqayıt şəhərinin 60 illik yubliley tədbirələri çərçivəsində Q.Qarayev adına Uşaq Musiqi Məktəbində və S.Vurğun adına Mərkəzi kitabxanada Sumqayıt şəhərinin qurucularının bir qrupu ilə görüş keçirilmişdir.
Q.Qarayev adına Uşaq Musiqi Məktəbində təşkil edilən görüşdə Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şəhər ağsaqqallar şurası təşkilat-təlimat şöbəsinin müdiri Zərifə Təhməzova, şəhər Müharibə, əmək, silahlı qüvvələr, inzibati orqanlar veteranları şurasının üzvü Dadaş Dadaşov , Sumqayıt şəhər Veteranlar şurasının sədr müavini Leyla Qasımzadə, şəhər Veteranlar şurasının üzvü Tamara Rufullayeva çıxış edərək Sumqayıt şəhərinin yaranması və onun bu günə qədər keçdiyi inkişaf dövrü haqqında məlumat vermiş, xatirələrini bölüşmüşlər.
Tədbir Şəhər Mədəniyyət evinin bədii qiraət dərnəyi üzvlərinin ifasında şeirlərin səslənməsi və məktəbin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblı üzvlərinin konserti ilə yekunlaşmışdır.
S.Vurğun adına Mərkəzi kitabxanada keçirilən “Ağsaqqal sözü, ağbirçək öyüdü” adlı tədbirdə şəhərin mədəni həyatında əvəzsiz xidmətləri olmuş Şəhər ağsaqqallar şurası təşkilat-təlimat şöbəsinin müdiri Zərifə Təhməzova, “28 May” mədəniyyət evinə uzun illər rəhbərlik etmiş İsmayıl Mustafayev, Mərkəzi kitabxananın uzun illər direktoru vəzifəsində çalışmış Svetlana Ağayeva, Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Olya İslamova və s. çıxış edərək şəhərin mədəni həyatı və keçdiyi inkişaf yolu haqqında təəssüratlarını bölüşmüş, təkliflərini vermişlər. F.Əmirov adına Uşaq Musqi məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblı öz musiqi nömrələri ilə tədbiri daha da rövnəqləndirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər