Sumqayıt Şəhərinin Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” adlı tədbir təşkil olundu

474
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Şəhərinin Tarixi Muzeyində Heydər Əliyev ili çərçivəsində, 2 Fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” adlı tədbir keçirilib.
sumqayitxeber.com-a verilən məlumata görə, öncə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 fevral – Gənclər Gününə həsr olunan videoçarx qonaqlara təqdim olunub. Tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev açaraq, Azərbaycan Respublikasının Mədəniyyət Naziri vəzifəsini müvəqqəti icra edən birinci müavin Adil Kərimli tərəfindən gənclərə ünvanlanan təbrik müraciətini tədbir iştirakçılarına təqdim edib. O, qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açan muzeyin direktoru Aygün Zülfüqarlı öz çıxışında gənclər siyasətinin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu və dövlət siyasətinin mühüm, ayrılmaz tərkib hissəsini təşkil etdiyini vurğulayıb. Muzeyin kiçik elmi işçisi Şəbnəm Əliyeva “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” adlı mühazirə ilə çıxış edib. Daha sonra Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e. Natavan Axundova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşı Məhəbbət Qasımova, Sumqayıt Dövlət Universitetinin tələbəsi Leyli Əsgərova öz çıxışlarında Azərbaycan gənclərinin ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış etdiyini, irimiqyaslı tədbirlərə qoşulduğunu xüsusi vurğulayıblar. Tədbirdə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagirdləri, Sumqayıt Dövlət Universitetinin tələbələri, gənc mədəniyyət işçiləri iştirak ediblər. Sonda tədbir iştirakçılarına “Heydər Əliyev-100” adlı sərgi təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər