Sumqayıt stadionunda təmirə başladı

627

Arena Premyer Liqanın startına qədər hazır olacaq

Fanat: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmirə start verilib. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, artıq buldozer və digər ağır texnika arenaya gətirilib.
Paltardəyişmə otağı, tribunaların alt hissələrinin təmirinə indidən başlanılıb. Stadion və işləri görən “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi Premyer Liqanın yeni mövsümünün startına qədər buraları düzəltməyi, tribunalardakı taxta oturacaqların bir hissəsini plastiklərlə dəyişdirməyi hədəfə alıb. Tam təmir isə qış fasiləsində aparılacaq.fanat.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər