Sumqayıt stansiyasında avtomobil saxlamaq ödənişli olacaq

696

Sabahdan etibarən Sumqayıt sərnişin stansiyasında avtomobilləri park etmək ödənişi əsaslı olacaq.

Bu barədə Azərbaycan Dəmir Yollarının (ADY) yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, sürücülər gün ərzində ödənişli əsaslarla park edə bilər. Parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir.

Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpikdir. Yeraltı dayanacaqlarda 12 saatlıq durma haqqı 1 AZN -dir.

Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saatadək əlavə durmaya görə müvafiq ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 AZN ödənilir.

Qeyd edək ki, ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə etmək mümkündür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər