Sumqayıt teatrı mart ayında tamaşaçıların görüşünə maraqlı səhnə əsərləri ilə gələcək

1351

Sumqayıt Dövlət Dram Teatrı mart ayında dram və komediya janrında bir neçə maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Eyni zamanda, azyaşlıların Novruz bayramı ərəfəsində tətil günlərini maraqlı keçirmələri üçün Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl tamaşası cari repertuara əlavə olunub.

sumqayitxeber.com Sumqayıt teatrının mart ayına olan repertuarını təqdim edir:

9 mart – Vaqif Səmədoğlu, “Mamoy kişinin yuxuları” (Premyera)

10 mart – M.F.Axundzadə, “Müsyö Jordan və Dərviş Məstəli şah”

16 mart – Kamran Nəzirli, “Narkoman”

17 mart – Əli Əmirli, “20 ildən sonra”

20-24 – Abdulla Şaiq, “Tıq-tıq xanım”

30 mart – Nizami Muradoğlu, “Zülmətdə nur”

31 mart – Hüseynbala Mirələmov, “Vicdanın hökmü”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər