Sumqayıt teatrında “Narkoman” – FOTOLAR

622

Sumqayıt Dövlət Musiqili Dram Teatında yazıçı-dramaturq Kamran Nəzirlinin “Narkoman” pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Böyük tamaşaçı marağına səbəb olan tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Kamran Quliyev, ikinci rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Naxçıvan MR-nın əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı, əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Anşlaqla keçən tamaşada əsas rolları aktorlardan Yeganə Məmmədəliyeva, Cəlal Məmmədov, Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, İlqar İbrahimov, Rövşən Əsgərov və başqaları ifa ediblər.

Tamaşanı izləyənlər arasında şair Ramiz Rövşən, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev də olub.

Teatrın direktoru İslam Həsənov bildirib ki, bizim günlərdə bəşəriyyətin ən qorxulu bəlasına, maddi-mənəvi sərhədləri aşaraq günümüzün ən ciddi problemlərindən birinə çevrilmiş narkotik vasitələr insanda həm psixoloji, həm də fiziki asılılıq yaradır. Buna görə də “ağ ölüm” adlandırılan zərərli və yoluxucu bəlaya qarşı birgə mübarizə aparmalıyıq. Yazıçı Kamran Nəzirlinin “Narkoman” pyesi də məhz bu aktual və ağrılı bir mövzuya həsr olunub. Biz bu pyesi tamaşaya qoyanda əsərin bütün başqa cəhətləri ilə yanaşı bu xüsusiyyətini də nəzərə aldıq. Əsər dünyəvi bəla-narkomaniyanın ailələrə gətirdiyi faciələri göstərir, narkotikaya qətiyyətlə “yox!” deyir. Tamaşanın tərbiyəvi və psixoloji gücü də məhz bundadır.

Əsərin mövzusu və məzmunu bizim bugünkü müasir həyatımızda baş verən hadisələrdən götürülüb. Burada qəhrəmanlar müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda mübarizə aparırlar.

Narkoman”a ölkənin və şəhərimizin görkəmli ziyalıları, o cümlədən xalq şairi Ramiz Rövşən, İrəvan teatrının direktoru İftixar Piriyev tamaşa ediblər.

 

Tamaşanın respublikamızın müxtəlif bölgələrində də nümayişi nəzərdə tutulur.

 title=

 title=
 title=
  

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər