Sumqayıt Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin komandası respublika çempionatına vəsiqə qazanıb

927

Kürdəmir rayonunda keçirilmiş Respublika Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəblərinin komanda birinciliyində Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin qızlardan ibarət komandası II yerə layiq görülüb. Şəhərimizi təmsil edən komanda respublika çempionatına vəsiqə qazanıb. Yarışda komanda üzvləri Aliyə Qasımova və Şükufə Süleymanova medal, diplom və hədiyyələrlə təltif olunublar.

1981-ci ildə yaradılan şəhər Şahmat Məktəbində hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 584 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur. Məktəb ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Respublikada ilin ən yaxşı şahmat məktəbi” üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər