Sumqayıt və Rustavi şəhərləri arasında əməkdaşlıq genişlənir – Memorandum İMZALANDI – FOTOLAR

673
Azərbaycanın Sumqayıt və Gürcüstanın Rustavi şəhərləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
sumqayitxeber.com -un apa-ya istinadən məlumatına əsasən, sənədi Rustavi şəhər günü ilə bağlı keçirilmiş tədbirlər çərçivəsində Sumqayıt şəhər icra başçısının birinci müavini Faiq Kərimov və Rustavi şəhərinin meri David Cikiya imzalayıb. D.Cikiya Rustavi və Sumqayıt qardaşlaşmış şəhərləri arasında çoxillik mədəni və iqtisadi əlaqələrin olduğunu deyib. “Gələcəkdə iki şəhər arasında münasibətlərin daha da  intensivləşəcəyinə ümid edirəm”, – deyə Rustavi meri vurğulayıb. Azərbaycanla yanaşı Rustavi şəhər günü tədbirlərində Filippin, Litva, Polşa, Ukraynadan olan nümayəndə heyətləri də iştirak ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər