Sumqayıt və Tbilisi şəhərləri iqtisadiyyat sahəsində əməkdaşlıq edəcəklər

622

Sumqayıt şəhər nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Tbilisi meriyasının İqtisadi İnkişaf Agentliyinin rəhbəri Z. Arçuadze ilə görüşüb. Görüşdə hər iki şəhərin iqtisadiyyat sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib. Z. Arçuadze 2011-ci ilin may ayında Tbilisidə keçiriləcək Yerli İqtisadi İnkişaf Forumunda Sumqayıt şəhəri üçün yer ayrılmasını təklif edib. Forumda şəhərimizin müəssisələri öz təqdimatlarını keçirmə imkanı əldə edəcəklər. Bundan əlavə, həmçinin hər bir müəssisə öz məhsullarının sərgisini təşkil edə biləcək. Görüş zamanı eyni zamanda yerli sahibkarlığın inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb. Sonda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər