Sumqayıt və Türkiyənin Keçiörən bələdiyyəsi qardaşlaşıb

739

Azərbaycanın Sumqayıt şəhər bələdiyyəsi ilə Türkiyənin Keçiörən bələdiyyəsinin qardaşlaşmasına dair protokol imzalanıb. Protokolu Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak və Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev imzalayıblar.

Sənədlərin imzalanma mərasimində bələdiyyələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyi bildirilib. Bələdiyyə sədri M. Ak bildirib ki, Keçiörəndə bir meydanın yaradılması nəzərdə tutulur. Həmin meydanda Xocalı şəhidlərinin xatirəsinə bir abidə də ucaldılacaq.

APA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər