“Sumqayıt” “Xəzər Lənkəran”a qalib gəldi

605

2012/2013 mövsümünə hazırlığı davam etdirən “Sumqayıt” klubunun əvəzediciləri növbəti yoxlama oyununu keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda “Xəzər Lənkəran”ın əvəzedici komandası ilə üz-üzə gələn Vaqif Paşayevin yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”dan qolları Şəmsi Əlisoylu və İsa Zeynallı vurub. Qeyd edək ki, “Sumqayıt” FK-nun əvəzediciləri buna qədər “Bakı” (2:3) və “Qəbələ” ilə (2:1) yoxlama oyunu keçirmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər