Sumqayıt yaxınlığında baş verən yol qəzasında ölənlərin hamısının şəxsiyyəti məlumdur - RƏSMİ

626

Daxili İşlər Nazirliyi dekabrın 24-də Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərdən sonuncu iki nəfərin şəxsiyyətinin müəyyənləşməsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Abşeron rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənlərin Türkiyə vətəndaşı Necmeddin Axçay və Bakı şəhər sakini Əli Fərzəliyev olmaları müəyyən edilib.

Qeyd edək ki, dekabrın 24-də Bakı-Quba yolunun Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yunisov idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən, Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

A. Sadıxov və sərnişinləri – Qubadlı rayon sakini Cavid Hidayətdinov, Nurlan Tahir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər