Sumqayıt yol polisinin əməkdaşının oğlu qəzada dünyasını dəyişdi: yaxınlarda toyu olubmuş... - VİDEO (YENİLƏNİB)

8888

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai-Sonata” markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır. (Report)

*****

9:17

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Masazır dairəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, yolun üzü Bakıya olan hissəsində Xırdalan qəbiristanlığına çatmamış yüksək sürətlə hərəkət edən “Hyunadi” idarəetmədən çıxaraq metal arakəsmələrə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. İlkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Qəza nəticəsində yolda sıxlıq yaranıb, həmçinin marşrut avtobuslarının hərəkətində yaşanan çətinlik intervalların pozulmasına, gecikmələrə səbəb olub.

 

.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər