Sumqayıt yolunda tükürpədici qəza

865

İki yol arasındakı dəmir parçası sürücünün başına girdi

Bu gün səhər saat 09:30 radələrində Bakı-Sumqayıt yolunun Sumqayıt şəhəri ərazisinə düşən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Mercedes-E” class markalı avtomaşın sürücünün nəzarətindən çıxaraq yolun əks istiqamətini ayıran dəmir ayırıclarına çırpılıb.

Hadisə şahidlərinin ANS PRESS-ə bildirdiklərinə görə, qəza nəticəsində sürücü dəmir borunun baş nahiyəsinə girməsi nətcəsində elə hadisə yerindəcə keçinib.

Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qurupu hadisə yerinə yollanıb, ilkin araşdırmalar aparılır.

Ölənin kimliyi və hadisənin səbəbi hələlik müəyyənləşməyib.

ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər