Sumqayıta qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

1390

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənilir. Ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

Departamentin direktoru bildirib ki, respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlamaq ehtimalı var.

 Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər