Sumqayıtda 10 bağça əsaslı təmir olunacaq

532

Sumqayıtın uşaq bağçaları istilik sistemi ilə təmin olunub. Son 3 ayda şəhərin 38 uşaq bağçasının binasında kombi sistemi quraşdırılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, şəhərdə 56 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 16-sı modul qazanxanadan istilik alır. Hazırda H.Zeynalabdin qəsəbəsindəki 60 saylı və 18-ci mikrorayondakı 67 saylı uşaq bağçalarında istilik sisteminə qoşulmaq üçün son işlər görülür. Bununla da, şəhərin bütün məktəbəqədər müəssisələri istiliklə tam təmin edilmiş olacaq.
Qeyd edək ki, Sumqayıtın uşaq bağçalarında 9872 uşaq tərbiyə alır. Cari ilin aprelindən 10 uşaq bağçasında əsaslı təmir işlərinə başlanılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər