Sumqayıtda 10 min nəfərlik stadion tikiləcək

767

Sumqayıt şəhərində 10 min nəfərlik stadion tikiləcək. sumqayitxeber.com-un “Report”a istinadən məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib.
O bildirib ki, hazırda bu məqsədlə vəsait axtarılır. R.Abdullayev UEFA və “Sumqayıt” klubunun vəsait ayıracağını bildirib: “Biz kommersiya məsələlərindən uzaqlaşırıq. Bu gün “Bakcell Arena”nın saxlanma xərclərinin 95 faizini “Bakcell” ödəyir. Stadion adları yalnız kommersiya xarakterli olacaq. Bayıl Arenaya da sponsor axtarılır. Sponsor pulunu versin, istəyir lap atasının adını versin. Təbii ki, bu, zarafatdır. İK iclasında Sumqayıtda Mehdi Hüseynzadə adına stadionun məsələsi müzakirə olundu. Orada 10 minlik stadion tikintisi üçün layihə var. İndi qalıb onun pulunu tapmaq. Bir azını Elxan Məmmədov UEFA-dan alar, qalanını da “Sumqayıt” rəhbərliyi verər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər