Sumqayıtda 11 cinayətin üstü açıldı – Əməliyyat

1121

Sumqayıt şəhərində oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində vətəndaşlara məxsus 5 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlanılıb.

Bundan başqa,oğurluq etdiyinə görə tutulmuş A.Feyziyevin ətrafında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisində daha 6 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər