Sumqayıtda 17 nəfər xəsarət aldı

632

Nəhayət, Sumqayıta səbirsizliklə gözlənilən qış gəldi. Ətrafda uçuşan qar dənəcikləri, şaxtalı hava uşaqları da, böyükləri də sevindirir. Lakin bəzi sumqayıtlıların sevinci uzun sürmədi. Mülayim hava şəraitindən sonra kəskin şaxtanın düşməsi problemlər yaratdı. Neçə-neçə sumqayıtlı şaxtalı havaların elə ilk günləri zərər çəkdi.
Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım Xidmətinin baş həkimi Arif Yusifov AzərTAc-a bildiribki, küçələrdə və səkilərdə yıxılan insanların bəziləri qançır və yüngül zədə ilə canlarını qurtarsalar da, bəziləri ciddi xəsarət alırlar. Məsələn, təkcə son 3 gündə 17-dən çox adam müxtəlif dərəcəli travmalarla “Sumqayıt-103” xidmətinin stansiyasına müraciət etmişlər. Çox vaxt aşağı və yuxarı ətraflar zədələnir. Ciddi travma alan xəstələrin müalicə olunduqları Sumqayıt təcili tibbi yardım xəstəxanasının travmatologiya məntəqəsinin və bölməsinin həkimləri xatırladırlar ki, belə havada buz bağlamış səkilərdə çox diqqətli olmaq və altlığı sürüşkən olmayan ayaqqabılar geyinmək lazımdır.
A.Yusifovun sözlərinə görə, stansiya normal rejimdə işləyir, avtopark saz vəziyyətdədir. Zəruri tibbi ləvazimatla yaxşı təchiz edilmiş tibb briqadaları gecə-gündüz iş başındadırlar. Lakin bağ evləri və Sumqayıt stansiyası zonasından olan çağırışlara getmək problemlər yaradır. Həkimlər yollarda qar yığınları üzündən çox vaxt itirirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər